Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ

21-10-2024, 10:58           
Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ
"Telegram" messencerinin istifadəçiləri dələduzlar tərəfindən yeni fırıldaq növü ilə rastlaşırlar.

Dələduzlar bəzi ölkələrdə zərərli proqram təminatını foto adı altında insanlara göndərməyə başlayıblar.

Kibercinayətkarlar insanları tələyə salmaq üçün real şəxslərə məxsus şəkillərdən istifadə edirlər. Belə ki, istifadəçilərə göndərilən mesajda "Salam, şəkildəki şəxs sənsən?"-deyə sual yazırlar. azal vakansiya

Göndərilən şəkilə baxmaq üçün həmin fayla daxil olmaq istifadəçilərin şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnir.

Bundan əlavə istifadəçilərə "Telegram" hesabınız tezliklə silinəcək" adlı mesajlar da göndərilir. Bu sxemdə istifadəçiyə guya "Telegram" tətbiqinin texniki dəstəyindən mesaj gəlir və hesabın silinməməsi üçün SMS kod tələb olunur.

Daha sonra fırıldaqçılar saxta "Telegram", "Gosuslugi" və ya başqa sayt linkini göndərirlər. İstifadəçi telefon nömrəsini və digər məlumatları daxil edir. Bunu etdiyi təqdirdə telefonundakı şəxsi hesablar, bank məlumatları qarşı tərəfin ixtiyarına keçir. Beləliklə dələduzlar istifadəçilərin pullarını mənimsəmiş olurlar.

"Telegram" istifadəçiləri bu kimi hallar zamanı qurbana çevrilməmək üçün tanımadığı şəxslərin mesajlarına daxil olmamalı və hər hansı faylı yükləməməlidir./BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru