Kofe Alzhaymer xəstəliyinə necə təsir edir? Alimlər ilginc səbəbi açıqladılar

21-10-2024, 15:14           
Kofe Alzhaymer xəstəliyinə necə təsir edir? Alimlər ilginc səbəbi açıqladılar
Qəhvə Alzheimer xəstəliyinin inkişaf riskini 2,5 dəfə azaldır.
Lillya Universitetinin (Fransa) alimləri müəyyən ediblər ki, qəhvə istehlakının artması Alzhaymer xəstəliyinin inkişaf riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqatın nəticələri "Alzheimer's & Dementia" (A&D) jurnalında dərc olunub.
Tədqiqatçılar 70 yaşdan yuxarı yüngül koqnitiv pozğunluğu olan və ya Alzheimer xəstəliyinin ilkin mərhələlərində olan xəstələrin sağlamlıq və pəhriz məlumatlarına baxıblar. İştirakçılar istehlak etdikləri kofeinin miqdarına görə iki qrupa bölünüblər. Məlum olub ki, daha az kofein qəbul edən insanların yaddaş və digər idrak qabiliyyətinin azalması riski əhəmiyyətli dərəcədə artıb. Bu qrupun daha çox kofein qəbul edənlərlə müqayisədə Alzheimer xəstəliyinə tutulma ehtimalı 2,5 dəfə çox idi.
Bundan əlavə, alimlər iştirakçıların onurğa beyni mayesinin tərkibini təhlil ediblər. Məlum olub ki, az miqdarda kofein qəbul edən insanların onurğa-beyin mayesində beta-amiloid zülallarının konsentrasiyası azalıb. Tədqiqatçılar izah etdilər ki, bu, Alzheimer xəstəliyinə xas olan neyrodegenerasiyanın bioloji markeri kimi xidmət edə bilər.
Daha əvvəl Alzhaymer riskini necə azaltmaq barədə məlumat verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.