Arktikada əvvəllər elmə məlum olmayan proseslər aşkar edilib

21-10-2024, 15:34           
Arktikada əvvəllər elmə məlum olmayan proseslər aşkar edilib
Su altında son buz dövründən sonra yaranan qeyri-adi buz birləşmələrini qeydə alan mütəxəssislər dənizdə fiziki proseslərin hələ də davam etdiyini qeyd ediblər.
Beynəlxalq alimlər qrupu Arktikanın Bofort dənizində əvvəllər elmə məlum olmayan prosesləri aşkar ediblər.
Bu barədə "Таймырский телеграф" ("Taymır teleqrafı") portalı məlumat yayıb.
Belə ki, su altında son buz dövründən sonra yaranan qeyri-adi buz birləşmələrini qeydə alan mütəxəssislər dənizdə fiziki proseslərin hələ də davam etdiyini qeyd ediblər.
Alimlərin müəyyən etdiyi kimi, Arktikada dəniz səviyyəsinin qalxması ilə əlaqədar olaraq, əbədi donun qədim təbəqələri suyun altında qalıblar. Nəticədə bu qədim təbəqələr yeraltı temperaturun təsiri ilə qızdırılaraq tədricən əriyirlər. Bu zaman həmin təbəqələrin altında yeni donma qatları formalaşmağa müvəffəq olurlar ki, nəticədə onlardan dənizin dibində bütöv silsilələr əmələ gəlir.
Bundan əvvəl zəlzələlərin Arktikadakı buzlaqlara birbaşa təsir göstərdiyi barədə məlumat verilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.