Turistlər üçün dünyanın ən təhlükəsiz 15 ölkəsi - SİYAHI

23-10-2024, 18:38           
Turistlər üçün dünyanın ən təhlükəsiz 15 ölkəsi - SİYAHI
2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəsiz ölkələrinin adı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Berkshire Hathaway Travel Protection" şirkətinin son araşdırmasında qeyd edilib.

Dünyadakı müasir çağırışları - müharibələri, terrorizmi, iqtisadi böhranı nəzərə alan turistlər yeni səyahətə çıxarkən daha çox təhlükəsizlik haqqında düşünürlər.

Məlumata görə, bu il İslandiya dünya üzrə turistlər üçün ən təhlükəsiz ölkə kimi tanınıb. İslandiya ötən illə müqayisədə 8 pillə irəliləyərək reytinqə başçılıq edir. Ən təhlükəsiz ikinci ölkə Avstraliya, üçüncü ölkə isə Kanada olub.

Ümumillikdə 2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəsiz 15 ölkəsi isə bunlardır:

1. İslandiya
2. Avstraliya
3. Kanada
4. İrlandiya
5. İsveçrə
6. Yeni Zelandiya
7. Almaniya
8. Norveç
9. Yaponiya
10. Danimarka
11. Portuqaliya
12. İspaniya
13. Böyük Britaniya
14. Niderland
15. İsveç












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru