Arxeoloqlar məşhur "İndiana Cons" filmində təsvir edilən iki min illik məbədi tapıblar

24-10-2024, 17:58           
Arxeoloqlar məşhur "İndiana Cons" filmində təsvir edilən iki min illik məbədi tapıblar
İtaliyada qədim sivilizasiya tərəfindən tikilmiş və "Indiana Jones" ("İndiana Cons") film seriyasında təsvir edilmiş iki min illik məbəd tapılıb.
Bu barədə "Daily Mail" xəbər verib.

Bildirilir ki, arxeoloqlar bu kəşfi Puteoli sahilində ediblər. Orada düzbucaqlı planlaşdırması, iki otağı və daxili ərazilərə çıxışı olan böyük bir bina tapılıb. Binanın əcnəbi tacirlər üçün nəzərdə tutulduğu ehtimal olunur.

Məlumata görə, bina nabateyalılar tərəfindən tikilib. Onlar İordaniyadan gəlmiş köçəri ərəb ticarət sivilizasiyasını təmsil edirdilər. Nabateyalılar mürəkkəb məqbərə hesab edilən Əl-Xəznəni də tikiblər.

Qeyd edək ki, "Indiana Jones and the Last Crusade" ("Indiana Cons və son səlib yürüşü") filmi məhz burada çəkilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru