Azərbaycanın ən çox ticarət apardığı 10 ölkə - SİYAHI

24-10-2024, 16:26           
Azərbaycanın ən çox ticarət apardığı 10 ölkə - SİYAHI
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 19,8 milyard ABŞ dolları ixracın, 14,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Bu dövr ərzində Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bu ölkələr olub:

Ölkələr Ticarət həcmi

İtaliya

7,4 milyard dollar

Türkiyə

4,6 milyard dollar

Rusiya

3,4 milyard dollar

Çin

2,6 milyard dollar

İsrail

1,4 milyard dollar

Almaniya

1,1 milyard dollar

ABŞ

972,7 milyon dollar

Avstraliya

910,7 milyon dollar

Hindistan

856 milyon dollar

Çexiya

836 milyon dollar
Beləliklə, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi mövqeyini qorumağa davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru