Xaricdə işləyib geri qayıdan şəxslərə pensiya verilir?

25-10-2024, 18:18           
Xaricdə işləyib geri qayıdan şəxslərə pensiya verilir?
İşləmək üçün xarici ölkələrə üz tutan bir çox vətəndaşlarımız var. Uzun müddət xaricdə işləmək üçün getdiyi ölkənin vətəndaşlığını qəbul etməli olurlar. Şəxs gənc yaşlarından xaricdə yaşayıb, 45-50 yaşlarında Azərbaycana qayıdıb yenidən Azərbaycan vətəndaşlığı alarsa, həmin şəxsin pensiya məsələsi necə tənzimlənir?

Hüquqşünas Şamil Paşayev Valyuta.az-a açıqlamasında bildirib ki, hazırda 40.000 manatdan artıq pensiya kapitalı yığan şəxslər pensiya yaşına çatdıqdan sonra pensiya almaq hüququna malik olurlar:

“Azərbaycanda pensiya almağın qaydaları yazılıb, təmin olunub. Kişilərdə pensiya yaşı 65-dir. Həmçinin, qadınlarda da pensiya yaşının 65 yaşa çatdırılması nəzərdə tutulur. 65 yaşına çatdıqdan sonra onlar 40.000 manatdan artıq pensiya kapitalı yığıblarsa, pensiya almaq hüququna malik olurlar. Bu şəxsin gənc yaşda və yaxud da yaşlı vaxtında Azərbaycan Respublikasının vətəndaşlığını almasının heç bir əhəmiyyəti yoxdur”.

“Pensiya kapitalını yığıbsa, həmin şəxs pensiya alasıdır, yox əgər yığmayıbsa, onun gənc və yaxud yaşlı vaxtda Azərbaycan Respublikasının vətəndaşı olmağının heç bir əhəmiyyəti yoxdur. Onlar sosial müavinət alırlar”,- deyə Ş.Paşayev vurğulayıb.

Maya Hüseynova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.