Alimlər qəhvənin insanlar üzərində gözlənilməz təsirini aşkar ediblər
28-10-2024, 11:07
Bir qrup çinli tədqiqatçı aşkar ediblər ki, hipertoniyadan əziyyət çəkən insanlar müntəzəm olaraq kofe içməklə demensiyanın inkişaf riskini azalda bilər.Foodinfo.az xəbər verir ki, tədqiqat Scientific Reports jurnalında dərc olunub.Mütəxəssislər, kofeinli içkilərin qəbulu ilə demans arasında birbaşa əlaqənin olub-olmaması ilə maraqlandılar. Belə bir assosiasiya tapmaq üçün onlar 500 mindən çox insanın sağlamlıq məlumat bazasına müraciət ediblər.Qan təzyiqi yüksək olan insanların demensiyaya daha çox meylli olduğunu müəyyən edilib. Bu xəstələrdə müntəzəm qəhvə istehlakı idrak qabiliyyətinin aşağı düşmə riski ilə əlaqələndirilib.Müəlliflər kofeinli içkilərin yüksək qan təzyiqi olan insanlara faydalı təsir göstərə bilən iltihabı azaltdığını təklif edirlər.