"Hizbullah"ın yeni lideri: Naim Qasim haqqında nə məlumdur?
30-10-2024, 00:06
Naim Qasim "Hizbullah"ın yeni lideri seçilib. O, bundan əvvəl hərəkatın öldürülən baş katibi Həsən Nəsrullahın müavini olub.
Qaynarinfo xəbər verir ki, Naim Qasimin tərcümeyi-halını təqdim edir.
Naim Qasim 1953-cü ildə Livanın Kfar Fila şəhərində şiə ailəsində anadan olub. 1970-ci illərdə o, Livan Universitetində kimya üzrə bakalavr dərəcəsi alıb, eyni zamanda Ayətullah Məhəmməd Hüseyn Fədlallahın rəhbərliyi altında ali dini və teoloji təhsil alıb.
O, 1970-ci illərdə həmin vaxt İmam Musa əs-Sədrin rəhbərlik etdiyi (Liviyada yoxa çıxıb) şiə Əməl Partiyasının üzvü kimi siyasətlə məşğul olmağa başlayıb. Livan Müsəlman Tələbələr Birliyinin qurucularından biri və 1974-1988-ci illərdə İslam Dini Təhsil Assosiasiyasının rəhbəri olub.
Naim Qasim "Hizbullah" qruplaşmasının fəaliyyətində iştirak edib, 22 may 1991-ci ildən təşkilatın baş katibinin müavini olub. Bundan əlavə, o, "Hizbullah"ın parlament və hökumət fəaliyyətinə nəzarət etməkdən məsul idi.
7 noyabr 2023-cü ildə NBC telekanalına müsahibə verən Naim Qasim "Hizbullah"ın Qəzza zolağına hücumunu davam etdirəcəyi təqdirdə İsrailə hücumlarını gücləndirəcəyi ilə hədələyib və həmçinin ABŞ-ı İsrailin Qəzzada təşkil etdiyi kampaniyanın "ağası" olmaqda ittiham edib. 2024-cü il aprelin 18-də o, NBC telekanalına bildirib ki, "Hizbullah" İsraillə münaqişəni qızışdırmaq niyyətində deyil, İsrailin Livandakı hərəkətlərinə cavab verəcək. Naim Qasim həmçinin İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-ni İsrailə İranın raket hücumlarından müdafiəsinə kömək etdiklərinə görə tənqid edib.
O, qrupun tarixindən və onun ideologiyasından bəhs edən "Hizbullah: The Inside Story" (2006) da daxil olmaqla ondan çox kitabın müəllifidir. Kitab ingilis, fars, fransız, indoneziya və türk dillərinə tərcümə olunub.
Nail Qasim fransızca bilir. Ailəlidir, altı övladı var.