Təhlükə saçan TƏLİM AVTOMOBİLLƏRİ... - Onlara magistral yola çıxmağa icazə var?

7-11-2024, 00:04           
Təhlükə saçan TƏLİM AVTOMOBİLLƏRİ... -
“Avtomobil təlimçilərinin özlərinə elə təlim lazımdır. Çünki yol hərəkəti qaydalarını yaxşı bilmirlər”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında deyib.

“Təlim maşınları ilə bağlı Azərbaycanda çox ciddi problemlər var. Səbəblər olduqca müxtəlifdir. Təlimçilər insanları başdansovdu öyrədirlər. Heç buna öyrədirlər belə demək olmaz, bu da şübhəlidir. Prezident İlham Əliyev tərəfindən 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiq edilmişdi. Həmin proqramında bir bəndində təlimçilərin sertifikatlaşdırılması qeyd olunmuşdu. Amma bu proses nədənsə baş tutmadı. Bunun nə ilə əlaqədar olması bizə məlum olmadı. Ancaq hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Çünki təlim prosesi sürücülüyün ilkin mərhələsidir. Bu mərhələni düzgün keçməyən insan sonradan peşəkar sürücü ola bilməz. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır”.

Ekspert bildirib ki, bu təcrübə bir çox xarici ölkələrdə mövcuddur və bu məsələyə olduqca önəm verilir.

“Qanunla təlimçilərə ilkin vərdişlərin qapalı məkanlarda öyrədilməsinə icazə verilir. Sonrakı mərhələdə isə onlar təhlükəsizlik qaydalarına əməl etməklə digər yollara çıxa bilərlər. Amma baxırıq elə ilkin dərslər də ümumi istifadədə olan yollarda keçirilir, heçbir təhlükəsizlik qaydalarına əməl edilmir. Bu da təbii olaraq, cəmiyyətdə müəyyən narahatlıq yaradır. Əlbəttə, bu doğru deyil və xüsusi mexanizmlərlər tənzimlənməlidir”.

Fidan Vəlisoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.