Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər

5-12-2024, 18:14           
Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər
Kiçik mutasiyalar meymunçiçəyi virusunun hava-damcı yolu ilə ötürülməsinə səbəb ola bilər.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq xəbərdarlıq edib.

Alim vurğulayıb ki, meymunçiçəyi öz genomuna, DNT ardıcıllığına görə təbii qaraçiçək xəstəliyinə çox bənzəyir. Buna görə də virusun intensiv mutasiya dəyişiklikləri onun virulentliyini (xəstəliktörətmə qabiliyyətini) artıra bilər. Beləliklə o, kontakt yolu ilə deyil, hava-damcı yolu ilə də yayılmağa başlaya bilər.

Qinzburq qeyd edib ki, bu hal üçün Mərkəzdə meymunçiçəyinin bütün variantlarından, həmçinin qaraçiçək xəstəliyindən qorumalı olan yeni peyvənd hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru