Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular

21-01-2025, 17:24           
Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular
Rusiyanın Çelyabinsk vilayətində adı açıqlanmayan müəssisənin işçiləri mühasibat səhvinə görə milyonçu olublar.

Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat verib.

Qeyd olunur ki, işçilərdən biri dekabr ayının maaşı əvəzinə kartında almalı olduğu 50 min rubldan (təxminən 837 manat - red.) 100 dəfə artıq pul alıb və bu, yeganə belə hadisə deyil.

"Bəzilərinə beş milyon, digərlərinə isə səkkiz milyon rubl pul köçürülüb. İşçilərin sevincinin həddi-hüdudu yox idi", - deyə jurnalistlər zavoddakı ab-havadan yazıblar.

Məlumata görə, xüsusilə məsuliyyətli şəxslər dərhal rəhbərləri ilə əlaqə saxlasalar da, hələ də pullarını necə geri qaytaracaqlarını bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru