Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir?

Bu gün, 12:38           
Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir?
Qaz dolduran avtomobildə partlayış baş verib.

Hadisə paytaxtın Qaradağ rayonunda, avtomobil yanacaqdoldurma məntəqəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Qaradağ rayonunda minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb və yaxınlıqdakı kommunikasiya xətləri mühafizə olunub.

Baş verən bu hadisə avtomobillərə quraşdırılan qaz balonlarının təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Oxu.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xüsusilə taksi fəaliyyəti göstərən avtomobillərə sərfiyyatını azaldan qaz yanacağı avadanlıqları sonradan quraşdırılır. Bu səbəbdən də belə avtomobillərdə partlayış və yanğın riski, digər avtomobillərə nisbətən dəfələrlə çox olur.

Qeyd edilib ki, qaz avadanlıqları avtomobillərə qənaət məqsədilə quraşdırılır və onlar benzinlə işləyən maşınlara nisbətən yanacağa 50-65 faizə qədər qənaət edir.

Bəs avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər bədbəxt hadisələrin baş verməməsi üçün nələrə diqqət etməlidirlər?

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.