TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT

14-03-2025, 12:18           
TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
Qəzaya düşən TƏBİB-in əməkdaşı Sevil Abdullazadənin 2 gün öncə işə düzəldiyi məlum olub.

TEREF Azxeber.com-a istinadən bildirir ki, hadisə gənc xanımın yeni işə başlamasını qeyd etdiyi gün baş verib.

Belə ki, onun işə qəbul əmri martın 11-də verilmişdi. İki gün öncə işə başlayıb və bunu qeyd edib evə qayıdarkən dəhşətli qəzaya düşüb.

Hadisə 12 mart saat 22:30-da baş verib.

Taksi kimi fəaliyyət göstərən iki avtomobil qarşı yoldan gələn maşınla toqquşub və nəticədə zəncirvari qəza baş verib.

Hadisə şahidinin məlumatına görə, qəza taksi sürücülərindən birinin səhlənkarlığı nəticəsində baş verib.

Qeyd edək ki, Sevil əslən Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olub. 2019-cu ildə 600-dən çox bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Sevil Abdullazadə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi olub.

Onu da qeyd edək ki, Sevilin aprelin 1-də doğum günü olacaqdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru