Qəfil arıqlamaq hansı insanlar üçün təhlükəlidir?
Bu gün, 16:38

Qəfil arıqlama ürək və damar xəstəlikləri olan insanlarda ölüm riskini 54% artırır.
"Gazeta.ru"nun xəbərinə görə, İngiltərənin Raskin Universitetinin alimləri bu qənaətə gəliblər.
Elmi araşdırmanın nəticələri "Heart" jurnalında dərc olunub.
Tədqiqatda Böyük Britaniyadan piylənmə və ürək-damar xəstəliklərindən əziyyət çəkən 8297 könüllü iştirak edib. 14 il ərzində sınaqda iştirak edənlər müşahidə edilib, zaman ərzində onların çəkilərindəki dəyişikliklər izlənilib.
Nəticələr göstərib ki, tədqiqat dövründə çəkisi 10 kq-dan çox artanlarda ürək-damar xəstəliklərindən ölüm riski üç dəfə, bütün səbəblərdən ölüm riski isə təxminən iki dəfə yüksək olub və bu da sabit çəki saxlayanlara nisbətən iki dəfə çoxdur.
Alimlərin sözlərinə görə, ürək və damarların sağlamlığının qorunmasında çəki sabitliyi əsas rol oynayır. Çəkini azaltmaq zərurəti yaranarsa, proses yavaş templə getməlidir.
Tədqiqatçılar həmçinin arıqlama üçün inyeksiya preparatlarının istifadəsi barədə də xəbərdarlıq ediblər, çünki məhz bu preparatlar adətən potensial dərəcədə təhlükəli sürətli çəki itkisinə səbəb olur.