Ağ cırtdanların sirri: Alimlər kosmosda həyat üçün yeni iz tapıblar

19-03-2025, 15:14           
Ağ cırtdanların sirri: Alimlər kosmosda həyat üçün yeni iz tapıblar
Amerikalı alimlər: Ağ cırtdanlar yaxınlığında həyat mümkün ola bilər

Florid Texnologiya İnstitutunun amerikalı alimləri müəyyən ediblər ki, kosmosda həyat gözlənilməz yerlərdə — ağ cırtdanların yaxınlığında mövcud ola bilər.

32gun.az bildirir ki, bu barədə Astrophysical Journal Letters (AJL) elmi jurnalında məqalə dərc edilib.

Araşdırmaya görə, ağ cırtdanlar Günəşə bənzər ulduzların həyatının son mərhələsində qalan soyumuş nüvələridir. Uzun müddət onların dəyişkən temperaturu səbəbindən həyat üçün əlverişsiz hesab olunurdu. Lakin alimlər müəyyən ediblər ki, ağ cırtdanlar fotosintez və abioqenez (ultrabənövşəyi şüalanma nəticəsində həyatın yaranma prosesi) üçün kifayət qədər enerji təmin edə bilər.

Tədqiqat göstərib ki, ağ cırtdan öz ətrafında fırlanan Yer tipli planetə 7 milyard il boyunca kifayət qədər enerji verə bilər. Bu kəşf Yerə bənzər şərtlərin digər ulduz sistemlərində də mövcud ola biləcəyini göstərərək, kosmosda həyat axtarışına yeni imkanlar açır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru