Yeni qalaktika kəşf olundu

Bu gün, 17:17           
Yeni qalaktika kəşf olundu
Çin astronomları FAST radioteleskopundan istifadə edərək neytral atomar hidrogenlə zəngin yeni ultra-yığcam cırtdan qalaktika kəşf ediblər.

Oxu.Az-ın xəbərinə görə, məlumat "arXiv" portalında dərc edilib.

Cırtdan qalaktikalar kainatdakı ən zəif və kimyəvi cəhətdən ən az inkişaf etmiş obyektlərdən biridir. Onlar əhəmiyyətli miqdarda qaranlıq maddə ehtiva edir ki, bu da onları erkən kainatın "süxurları"na çevirir.

Yeni KK153 qalaktikası təxminən 6.5 milyon işıq ili məsafədə yerləşir və 682 işıq ili radiusuna malikdir. Müşahidələr göstərir ki, KK153-də neytral hidrogenin quruluşu tipik disk qalaktikasının quruluşuna uyğundur.

KK153-də ulduzların kütləsi təxminən 410 min Günəş kütləsi, neytral hidrogenin kütləsi isə 520 min Günəş kütləsinə çatır. Beləliklə, qalaktikada neytral qazın payı 0.63 təşkil edir ki, bu da yüksək qaz tərkibini göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.