Alman həkimlər xərçəngin altı əsas əlamətini müəyyənləşdiriblər

Bu gün, 16:18           
Alman həkimlər xərçəngin altı əsas əlamətini müəyyənləşdiriblər
Gecə tərləmələri, qəfil arıqlama, xroniki ağrılar, uzun müddət davam edən qızdırma, bədəndə bərkimiş yerlər və daimi yorğunluq onkoloji xəstəliklərin erkən inkişafından xəbər verə bilər.

"Frankfurter Rundschau" nəşrinin verdiyi xəbərə görə, bu barədə almaniyalı həkimlər xəbərdarlıq edirlər.

Onların fikrincə, aşkar səbəblər olmadan gecə tərləmələri limfoma və leykemiya üçün xarakterikdir, pəhriz və aktivlikdə dəyişiklik olmadan əhəmiyyətli dərəcədə çəki itkisi bir çox bədxassəli proseslərdən xəbər verə bilər:

"Zədəsiz xroniki ağrılar, həftələrlə azalmayan subfebril hərarət, həmçinin bədənin müxtəlif yerlərində bərkişmə və şişkinliklər də xüsusi diqqət tələb edir. Xərçəngə işarə edən başqa həyəcanverici əlamət isə istirahətdən sonra da keçməyən yorğunluqdur".

Mütəxəssislər qeyd edirlər ki, bu əlamətlərdən birinin və ya hətta bir neçəsinin olması həmişə xərçəngdən xəbər vermir, ancaq həkimə müraciət etmək üçün səbəbdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.