Sürünü qorumaq üçün gətirilən çoban iti sahibinə xəsarət yetirdi VİDEO

1-07-2025, 15:18           
Sürünü qorumaq üçün gətirilən çoban iti sahibinə xəsarət yetirdi  VİDEO
İt sahibinə hücum edib, dişləyərək damarlarını zədələyib, sümüyünü də sındırıb.

TEREF "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə Qax rayonunun Çüdüllü kəndi ərazisində yerləşən fermada qeydə alınıb. Çoban iti kənd sakini 64 yaşlı Fəxrəddin Hətəmova hücum edib.

Onun oğlu bildirir ki, sürünü qorumaq üçün yeni gətirdikləri it kişini tanımayıb və onu dişləyərək ağır xəsarət yetirib.

Həmin vaxt fermanın qarşısından keçən Məhəmməd Hümbətov dərhal həmkəndlisini itin hücumundan xilas etməyə çalışıb. Bu zaman onun özünü də it dişləyib.

Xəstəxanadan bildirilib ki, it sahibi, 64 yaşlı Fəxrəddin Hətəmovun sümüklərini sındırıb. Sol qolunun dişlənmiş, cırılmış yarası olan 36 yaşlı şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru