Müəllimlər günü ilə bağlı hədiyyə-pul QADAĞAN EDİLDİ: kim əməl EDƏCƏK? — VİDEO

Bu gün, 12:14           
Müəllimlər günü ilə bağlı hədiyyə-pul QADAĞAN EDİLDİ: kim əməl EDƏCƏK? — VİDEO
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması və bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir".

Məktəblərdə müəllimlər üçün pul yığımı niyə illərlə "ənənə" kimi qorunub saxlanılıb - bu, həqiqətən valideynlərin təşəbbüsüdürmü, yoxsa təhsil sisteminin gizli təzyiq mexanizmidir? Əslində müəllimlər hədiyyə və pul istəyirlər, yoxsa mövcud mühit onları buna məcbur edir? Və ən əsası, bu cür qadağalar bu köklü problemi həqiqətən aradan qaldıra biləcəkmi?

TV Musavat-ın mövzu ilə bağlı hazırıladığı videosüjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru