1600 km-dan çox yol qət etdi, Alp dağlarını aşdı: Alimlər heyrətləndirən səbəb (VİDEO)

Bu gün, 15:34           
1600 km-dan çox yol qət etdi, Alp dağlarını aşdı:
Sloveniyada canavarları müşahidə edən alimlər 2011-ci ildə Slavk (Slavc) adlanan 18 aylıq erkək canavarın ailəsinin ərazisini tərk edib uzun səfərə çıxmasına təəccübləndilər.

"Ifl Science" portalına xəbər verir ki, canavar 1600 kilometr qət edərək Avstriyanı və qarlı Alp dağlarını keçərək İtaliyanın şimalında, Verona bölgəsində peyda olub.

Orada, bundan qısa müddət əvvəl İtaliyanın Lessiniya Regional Təbiət Parkında məskunlaşmış bir dişi ilə qarşılaşıb. Ekoloqlar ona Şekspirin məhəbbət hekayəsinin xatirəsinə ironik olaraq Culyetta adını veriblər. Canavarlar cütləşib və nəticədə Avropanın bu hissəsində yüz il ərzində ilk dəfə olaraq bala canavar topası dünyaya gəlib. O vaxtdan bəri canavar populyasiyası tədricən artır və bu gün artıq 100 fərdə çatıb.

Slavk canavarın vətəni olan Sloveniyada bu heyvanların daimi monitorinqi həyata keçirilir. Oradakı hər canavara, gündəlik yeddi dəfə məlumat ötürən və hərəkətini müntəzəm izləyən treker quraşdırılıb. Məhz buna görə də onun epik səyahəti belə ətraflı öyrənilib.

Bu səyahət hətta yazıçı Adam Veymutu "Tək Canavar" adlı kitab yazmağa ilhamlandırıb. O, kitabda Slavk canavarının izi ilə Alp dağlarından keçən öz səyahətini təsvir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru