"Rusiyanı dayandırmaq, qarşısında durmaq mümkün deyil" deyənlər üçün.

Bu gün, 15:14           
"Rusiyanı dayandırmaq, qarşısında durmaq mümkün deyil" deyənlər üçün.
4 ilə yaxın gedən Rusiya-Ukrayna müharibəsində indiki güc balansı məsələsi bir çox insanlarda suallar doğurur. Başqa sözlərlə "kim hansı durumdadır" və "kim daha güclüdür" sualı ən aktualdır.
Burada ən vacib məsələ tendensiyalardır və onları görmək üçün iki əsas sahədən son xəbərləri qeyd etməliyik: iqtisadi və hərbi.
24 sentyabrda Rusiya Maliyyə Nazirliyi ƏDV-nin 20%-dən 22%-ə qədər qaldıracağını elan etdi(bu qərar barədə və Rusiya iqtisadiyyatı üçün fəsadlar barədə məqaləm rəy bölümündədir). Bu qərar bütün sahələri əhatə edəcək və nəticə etibarı ilə mağazadaki bütün mallardan tutmuş, bütün xidmətlərə qədər bahalaşacaq. Əgər bu günə qədər Rusiya müharibə nəticəsində büdcədə yaranan defisiti Milli Rifah Fondundan(bu fonda uzun illər ərzində neft-qaz satışından əlavə qalan pullar yığılırdı) bağlaya bilirdisə, indi artıq bunu edə bilmir və ƏDV-ni qaldırmaq məcburiyyətindədir. ƏDV-nin 2%-ə qaldırılması Rusiya büdcəsinə əlavə təxminən 12.5 milyard dollar gətirəcək. Rusiya iqtisadiyyatının durumu o yerdədir ki, cəmi 12.5 milyard dollara görə ƏDV-ni qaldırmağa məcburdurlar.
Ukrayna iqtisadiyyatına gəlincə uzun rəqəmlərə və statistikaya ehtiyac yoxdur, bircə fakt gətirəcəm. Sentyabr ayında avqust ayı ilə nisbətdə qızıl-valyuta rezervləri 7% artdı. 2022 illə nisbətdə isə 50%-dən çox artdı. Necədir sizə? O boyda işğala, təcavüzə məruz qalan ölkənin iqtisadiyyatı nəinki çökmədi, hətta aydan-aya rezervləri artır(təbii ki, Qərb müttəfiqlərin sayəsində).
Gələk hərb sahəsinə, burada isə sizi ümumiyyətlə şoka salacaq xəbər verəcəm.
Yəqin heç kimin yadından çıxmadı necə Zelenski gecə-gündüz Qərb ölkələrindən silahlar istəyirdi. Rusiya propaqandası Zelenskini "dilənçi" adlandırırdı. Təbii ki, müharibə gedişində Qərbin Ukraynaya silah yardımlarından əlavə silah istehsalı zavodları tikilirdi, texnilogiyalar verilirdi, ən aparıcı mütəxəssilər gətirilirdi və s. Bunu bilirik, bu barədə çox yazmışıq.
Və nəticə etibarı ilə...
İndi isə maraqlı xəbərə gələk. 29 sentyabrda Ukraynada silah İDXALI(!!!) strategiyası təqdim olunacaq. Yəni, Ukrayna artıq dünyaya, özünə lazım olmayan silahların satışına başlayır. Bilirsiniz əsasən hansı silahlardan söhbət gedir? Sualtı dronlardan və....tank əleyhinə silahlardan. Niyə tank əleyhinə silahlar USQ tərəfindən az istifadə olunur? Rusiyada qalan tankların sayına baxanda bu sual ritorik kimi səslənir.
İndi təsəvvür edin ki, 4 ilə yaxın o boyda təcavüzə məruz qalan ölkə artıq silah ixracına başlayır. Bu fakt nədən xəbər verir?
Tendensiyalara fikir verin, tendensiyalara.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru