Arıqlamaq üçün populyar məsləhətin səmərəliliyi təkzib edildi

Bu gün, 11:49           
Arıqlamaq üçün populyar məsləhətin səmərəliliyi təkzib edildi
Alma sirkəsinin çəki salmağa kömək etdiyinə dair ən çox istinad edilən tədqiqatlardan biri rəsmən təkzib edilib.

Oxu.Az xəbər verir ki, araşdırma "BMJ Nutrition Prevention & Health" jurnalında dərc olunub.

Tədqiqatda statistik səhvlərin olduğu üzə çıxıb. Livandan olan tədqiqat müəllifləri səhvlərin olması ilə razılaşıblar. Ancaq məhz bu tədqiqat son bir il ərzində internetdə yüzlərlə məqalənin əsasını təşkil edib.

Avstraliyalı ekspert Rozmari Stenton məqaləni tənqid edən ilk şəxslərdən biri olaraq deyib ki, alma sirkəsinin faydası haqqında bir çox digər iddialar da elmi cəhətdən təsdiq edilməyib.

Reklamların əksinə olaraq, sirkə kalium, kalsium və ya maqneziumun əhəmiyyətli mənbəyi deyil. Üstəlik, turşu diş minasını zədələyir, buna görə də həkimlər istifdədən sonra ağzı su ilə hərtərəfli yaxalamağı məsləhət görürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru