Moskvada təyyarənin uçuşdan qabaq quyruq hissəsi qopub

Bu gün, 12:08           
Moskvada təyyarənin uçuşdan qabaq quyruq hissəsi qopub
Moskvanın Şeremetyevo aeroportunda təyyarənin havaya qalxmazdan əvvəl quyruq hissəsindən bir parça qopub.

Bu barədə SHOT "Telegram" kanalı xəbər verir.

Məlumata görə, təyyarə Moskvadan Peterburqa uçmalı idi, lakin uçuş-eniş zolağında qəflətən dayanıb. Həmin vaxt "Sukhoi Superjet"də təxminən 100 nəfər olub.

40 dəqiqəlik gözləmədən sonra sərnişinlərdən təyyarəni tərk etmələri xahiş olunub. Hava gəmisi dayanacağa aparılıb.

Bildirilir ki, təyyarə Şeremetyevo aeroportundan Sankt-Peterburqa uçmağa hazırlaşarkən digər təyyarəyə toxunması səbəbindən zərər görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru