Stres içində olan insan ətrafdakıları da "yoluxdura" bilər
Bu gün, 11:44
Stresi aktiv və ya passiv şəkildə yaşayan insan başqalarını, xüsusən də onlara kömək etməyə çalışanları da bu vəziyyətə sala bilərlər.
Bu fikirləri TASS-a psixoterapevt və psixiatr, Rusiya Tibb və Texnologiya Elmləri Akademiyasının akademiki Aleksandr Tesler deyib.
"Təbii ki, stres özlüyündə yoluxucu adlandırıla bilməz. O keçici ola bilər, çünki bu vəziyyətdə olan insan ətrafdakıları, o cümlədən ailə üzvlərini və iş yoldaşlarını da stresə salır. Bu proses induksiya adlanır. O zaman diskomfort vəziyyətində olan şəxs ona kömək etməyə çalışanları aktiv və ya passiv şəkildə özünə cəlb edir", - Tesler bildirib.
Onun fikrincə, empatik insanlar stres "virusuna" ən çox həssas olanlardır.
Mütəxəssis onu da qeyd edib ki, stresə meyilli insanlar bu halı daha çox payızda yaşayırlar.