Çin fəlakətlə üz-üzə - Ən yüksək xəbərdarlıq səviyyəsi elan edildi

Bu gün, 10:24           
Çin fəlakətlə üz-üzə -
Çinin Milli Rəsədxanası “Matmo” tayfununun ölkənin cənubuna yaxınlaşması ilə əlaqədar qırmızı həyəcan siqnalı (ən yüksək səviyyə) elan edib.

Referans.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyin bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, yaxınlaşan atmosfer burulğanı ilə əlaqədar Haynan adasının Haykou və Vençanq şəhərlərində məktəblər, müəssisələr, hava nəqliyyatı və ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb. Oktyabrın 5 və 6-da qatarlar işləməyəcək.

Son məlumatlara görə, tayfun hazırda Vençaqdan təxminən 400 km cənub-şərqdədir. Mərkəzə yaxın küləyin sürəti 35 m/s-dir.

"Tayfunun şimal-qərbə 25-30 km/saat sürətlə hərəkət edəcəyi, tədricən güclənəcəyi və küləyin maksimal sürəti saniyədə 42-48 metrə çatan güclü tayfun statusuna çatacağı proqnozlaşdırılır", - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru