Eyfel qülləsinə velosipedlə qalxdı: İnanılmaz nəticə ilə rekorda imza atdı VİDEO

Bu gün, 11:24           
Eyfel qülləsinə velosipedlə qalxdı: İnanılmaz nəticə ilə rekorda imza atdı  VİDEO
Velosipedlə Eyfel qülləsinə qalxan fransalı idmançı Orelyen Fontenua yeni rekorda imza atıb.

Oxu.Az bu barədə qüllənin sosial şəbəkə hesabına istinadla xəbər verir.

Bildirilib ki, o, əvvəlki rekordsmen Hyuqo Rişarı yeddi dəqiqə qabaqlayıb.

"12 dəqiqə 30 saniyə - Orelyen Fontenuanın velosipedlə Eyfel qülləsinin yuxarı mərtəbəsinə qalxan 686 pilləni qət etməsi üçün lazım olan vaxt məhz bu qədərdir", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəlki rekord 19 dəqiqə 4 saniyə olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru