Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş qərargah rəisini vəzifəsindən AZAD ETDİ
Bu gün, 09:18
ABŞ-nin müdafiə naziri Pit Heqset Con Harrisonu Hərbi Dəniz Qüvvələrinin rəisi vəzifəsindən azad edib. Ajans.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Yanvar ayında təyin olunan Harrison, Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanın əsas müttəfiqi idi və Hərbi Dəniz Qüvvələrinin müşaviri Hung Kaonun təsirini məhdudlaşdırmaq istəyən donanmanın bürokratik strukturunun yenidən təşkilində böyük rol oynadı.
Harrisonun işdən çıxarılması təsdiqlənsə də, səbəbləri açıqlamayıb.