Tanınmış publisistin məzar yolu başqasına satıldı

Bu gün, 12:58           
Tanınmış publisistin məzar yolu başqasına satıldı
Azərbaycanın tanınmış şairi, publisist Şahmar Əkbərzadənin məzarına gedən yol Xırdalan bələdiyyəsinin sədri Anar Abbasov tərəfindən başqa bir şəxsə satılıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Rey Kərimoğlu yazıb.

Jurnalistin sözləri görə, şairin ailəsi bu ədalətsizliyə etiraz edərək bələdiyyəyə müraciət edib. Lakin Abbasovun iddiaya görə ailəyə verdiyi cavab diqqət çəkib:

“Yaxşı eləmişəm. Torpaq bələdiyyənindir, satmışam.”

Hadisə cəmiyyət arasında geniş narazılıq doğurub. Mədəniyyət xadimləri və ictimai fəallar bunu mənəvi dəyərlərin, milli ədəbiyyat və ziyalılara hörmətin tapdanması kimi qiymətləndiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru