Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edirlər VİDEO

Bu gün, 12:34           
Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edirlər  VİDEO
Bəzi taksi sürücüləri proqramın müəyyən etdiyi gedişhaqqı ilə razılaşmır və sərnişindən əlavə ödəniş tələb edirlər. Bu isə həm sərnişinlərdə narazılıq yaradır, həm də həmin taksi şirkətlərinin imicinə mənfi təsir göstərir.

Xəzər TV xəbər verir ki, bu cür hallardan biri ilə bağlı sosial şəbəkədə daha bir paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, sürücü proqramın təyin etdiyi 12 manat 40 qəpik əvəzinə 20 manat tələb edib. O, məsafənin uzun olduğunu bəhanə gətirərək əlavə ödəniş istədiyini, əks halda sifarişi yerinə yetirməyəcəyini bildirib. Rəylərdə istifadəçilər də həmin məsafə üçün tələb olunan məbləğin artıq olduğunu qeyd ediblər.

Sorğu zamanı paytaxt sakinləri bildiriblər ki, bu kimi hallarla tez-tez rastlaşırlar. Hətta bəzi sürücülərin müxtəlif üsullarla sərnişinləri sifarişi ləğv etməyə məcbur etdiklərini deyənlər də olub.

Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, bu cür hallarda məsuliyyət həm sürücülərin, həm də onlarla əməkdaşlıq edən şirkətlərin üzərinə düşür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru