Türkiyəli müğənni Mabel Matizin mahnıya görə həbsi tələb olunub

Dünən, 16:44           
Türkiyəli müğənni Mabel Matizin mahnıya görə həbsi tələb olunub
Türkiyənin məşhur müğənnisi Mabel Matiz haqqında "Perperişan" mahnısının sözlərində senzuradan kənar ifadələr işlədildiyi və yaş məhdudiyyəti qoyulmadan paylaşılması səbəbilə uşaqlar üçün təhlükə yaratdığı iddiası ilə aparılan istintaq tamamlanıb.

Bu barədə "Haber Global" xəbər verir.

İstanbul Prokurorluğu tərəfindən hazırlanan iddianamədə mahnı sözlərinin cinsi arzuları oyatdığı və hər kəs tərəfindən asanlıqla anlaşıldığı qeyd olunub.

Mahnının sosial şəbəkələrdə açıq şəkildə yayımlandığı və yaş məhdudiyyətinin tətbiq edilmədiyi vurğulanaraq, bunun ictimai asayiş və uşaqların qorunması baxımından təhlükə yaratdığı bildirilib.

Mabel Matizin mahnıya verdiyi izah qəbul edilməyib, sözlərin bütövlükdə cinsi məna daşıdığı qeyd olunub.

Prokurorluq sənətçi Fatih Karacanın (Mabel Matiz) 6 aydan 3 ilə qədər həbsini tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru