“Dəniz” Hospitalından şikayət: Dolğu əvəzində “vazelin” vurulub, pasiyentin ayağı çür*yür…

Bu gün, 10:34           
“Dəniz” Hospitalından şikayət:
Ayaq əyriliyini düzəltdirmək istədi, yerişindən oldu…
TEREF Xezerxeber.az istinadən xəbər verir ki, Bakıda özəl klinikalardan birində pasiyentin hər iki ayağına estetik görünüş vermək üçün dolğu əvəzinə maz vurulduğu iddia edilir.

Əməliyyatdan 2 ay sonra hər iki ayağının baldır hissəsində çürümə başladığını bildirdən 25 yaşlı qadın “Xəzər Xəbər”ə danışıb. O deyir ki, ayaqları qalınlaşdırmaq üçün etdirdiyi estetik əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb.

Ləman Nəbiyeva “Tik-Tok” sosial şəbəkəsində rast gəldiyi elanının ardınca Dəniz Hospitalına müraciət edib.

Ləman Nəbiyeva bildirir ki, estetik əməliyyatdan iki gün sonra onun hər iki ayağında qızartılar yaranıb və dolğunun vurulduğu nöqtədə çirk əmələ gəlib. Dediyinə görə, bu barədə dəfələrlə Xəyalə İsmayılovaya müraciət etsə də, həkim onu bütün sosial şəbəkələrdə blok edib. İki ildir müxtəlif xəstəxanalrda müalicə alan Ləman Nəbiyeva mütəxəssislərin rəyindən sonra öyrənib ki, onun ayağna dolğu adı ilə vurulan gel vazelin olub.

Bunu Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiva və Pataloji Anantomiya birliyinin komissiya-ekspertizalar şöbəsi də təsdiqləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru