İsveçdə 13 yaşlı qanqster 6 nəfəri güllələdi

Bu gün, 11:14           
İsveçdə 13 yaşlı qanqster 6 nəfəri güllələdi
İsveçin Yevle şəhərinin mərkəzində baş verən atışma zamanı altı nəfər yaralanıb.

Oxu.Az SVT telekanalına istinadən xəbər verir ki, gecə saat 2 radələrində polisə atışma ilə bağlı bir neçə məlumat daxil olub.

Qeyd olunur ki, bir neçə nəfər yaxınlıqdakı restoranda gizlənməli olub. Qurbanların bəziləri 18 yaşdan kiçik olublar.

Atışmada 13 yaşlı yeniyetmə şübhəli bilinir.

Telekanalın məlumatına görə, oğlan mütəşəkkil cinayətkarlıqla əlaqəlidir. Yeniyetmə hələlik sosial xidmətlərə təhvil verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru