"Nə deyim vallah: utanın, ölün, yerə girin də..." - Keçmiş deputat Azercell-in oğurluğunu İFŞA ETDİ

Bu gün, 00:05           
"Nə deyim vallah: utanın, ölün, yerə girin də..." -
"Bu Azercell əvvəllər heç olmasa cibimizə mədəni girirdi. İndi həyasızlığın sərhədini aşıb girir. Deməli son vaxtlar telefonla çox az danışmağıma baxmayaraq, balansımın tez bitdiyini hiss edirdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş deputat Etibar Hüseynov qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Sonunda zəng etdim Qaynar xəttə. Xəttdəki oğlandan xahiş etdim ki, baxsın görsün ki, bu dəfə hansı pullu saytlara "abunə olmuşam". Aramızda belə bir dialoq oldu.
***
- Bəli müəllim, birinə abunəsiz
- Hansına
-Xarici dil kursuna
-Neçə müddətdir
-3 ay
- Qiyməti?
- Günə 40 qəp.
-Məni kim abunə edib ora?
-Onu mən bilmirəm
- Bəs sahibi kimdi o Dil kursunun?
- Azercell..
-Məni ordan çıxardın
- İndi sizə kod gələcək. Ora "Stop" yazın dayanacaq.
-Mən niyə harasa, nəsə yazmalıyam. Necə yazıbsız, elə də çıxardın da .
- Yolu belədir. Onu biz edə bilmirik.

***
Bax belə. İndi təsəvvür edin ki, hələ mən bir az tez xəbər tutdum və 40 man. yaxın pulum getdi. Azercellin isə 5 milyondan çox abunəçisi olmasını, və böyük əksəriyyətinin də bundan uzun müddət xəbər tutmamasını nəzərə alanda görün bunlar xalqdan nə qədər pul oğurlayırlar. Və bunu da hansısa bir özəl firma və.s etsəydi adamı bu qədər yandırmazdı. Ölkənin nəhəng bir rabitə şirkəti edir. Özü də bu qədər həyasızca, utanmazcasına. Nə deyim vallah: utanın, ölün, yerə girin də.."













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru