Mənzil bazarında qiymətlər kəskin artıb VİDEO

Bu gün, 12:14           
Mənzil bazarında qiymətlər kəskin artıb  VİDEO
Son 5 il ərzində Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.

Xəzər TV xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarımillik "Maliyyə Sabitliyi Hesabatı"nda məlumat verilib.

Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əmlak bazarında mütəmadi qiymət artımları müşahidə olunur. Həm ilkin, həm də təkrar bazarda mənzil qiymətləri yüksəlməkdə davam edir.

Ekspertin sözlərinə görə, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi artsa da, 2023-cü ildən bu artım tempində müəyyən azalma qeydə alınıb.

Elnur Fərzəliyev bu azalmanı həm tələb, həm də təklif amilləri ilə əlaqələndirib. Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən kreditlərin limitli olması, eləcə də bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır.

Hazırda bazarda mənzillərin satış qiymətləri artmaqda davam edir, bu da xüsusilə tikinti materiallarının bahalaşması və yeni layihələrə tələbin yüksək olması ilə izah edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru