Paytaxtın Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yanğıən baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Səbail rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.