Xəzər dənizinə üzən Rusiya raket gəmisi məhv edildi

Bu gün, 00:09           
Xəzər dənizinə üzən Rusiya raket gəmisi məhv edildi
Ukrayna xüsusi əməliyyat qüvvələri Kareliyada Rusiyanın "Qrad" kiçik raket gəmisinin məhv edilməsi əməliyyatını açıqlayıb.

Oxu.az "Unian"a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 4-də keçirilib. Xüsusi təyinatlılar tərəfindən Baltikdən Xəzər dənizinə doğru hərəkət edən "21631 Buyan-M" raket gəmisi (quyruq nömrəsi 575) məhv edilib.

Zərbə hərəkət bölməsinin sağ tərəfinə dəyib və gəmiyə ciddi ziyan vurub.

Əlavə təfərrüat hələ də dəqiqləşdirilir.

Məlumata görə, "Qrad" Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik Donanmasına təhvil verilib. Gəminin əsas silahı Ukraynaya zərbələr endirmək üçün istifadə edilən "Kalibr" raket sistemidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru