F-35-dən imtina etdilər, KAAN almağı düşünürlər...
Bu gün, 00:09
İspaniya Türkiyənin milli döyüş təyyarəsi - KAAN ilə maraqlanır.
Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
“El Economista” nəşri iddia edir ki, ABŞ-dan F-35 qırıcılarının alışını dayandıran İspaniya gözünü Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN-a dikib.
Nəşr yazır ki, İspaniya 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan KAAN döyüş təyyarələrini almağı düşünür.
Qeyd edək ki, İspaniya mediası ölkəsinin ABŞ-dan F-35 qırıcılarından imtina etməsi ilə bağlı planlaşdırılan addımının avqust ayından gündəmdə olduğunu bildirib.