Britaniyada sinaqoqun yaxınlığındakı terror aktı: Altı nəfər saxlanılıb
Bu gün, 10:48
Böyük Britaniyanın Mançester şəhərindəki sinaqoq yaxınlığında baş verən hücumla əlaqədar altı nəfər saxlanılıb.
Oxu.Az "SkyNews"a istinadən xəbər verir ki, bu barədə Mançester polisi məlumat yayıb.
Oktyabrın 2-də Yom-Kipur yəhudi bayramı zamanı Mançester sinaqoqu yaxınlığında baş verən ölümcül hücumdan sonra terrorizm aktlarına iştirak, hazırlıq və ya təhrik şübhəsi ilə altı nəfər saxlanılıb.
Saxlanılan altı nəfərdən dördü, 30 və 32 yaşlı kişilər və 46 və 61 yaşlı qadınlar növbəti 5 gün ərzində nəzarət altında saxlanılacaqlar.
Saxlanılan digər iki nəfər, 18 yaşlı qız və 43 yaşlı kişi hazırda ifadələrinın alınması üçün həbsdə saxlanılırlar.
Xatırladaq ki, kişi avtomobili sinaqoq qarşısında ibadət edən bir qrup insanın üzərinə sürüb, bundan sonra isə bıçaqla binanın içərisinə keçməyə çalışıb.
Hücum edən saxlanma zamanı hadisə yerində ölüb. Məlumata görə, o, 20 il əvvəl Britaniyaya köçmüş suriyalıdır.