'Piter Elçin''in qardaşının güllələnmə səbəbi məlum oldu - Sankt-Peterburqdan Masallıyadək davam edən QAN DAVASI

23-12-2016, 00:13           

Kriminal aləmdə ''Piter Elçin'' kimi tanınan Elçin İsmayılovun ötən gün Masallı rayonunda öldürülən qardaşı Fariz İsmayılovun güllələnməsinin ilkin motivi məlum oldu. Criminal.az saytının əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Lənkəran sakini Murad Quluzadənin həmin qardaşlarla üzün müddətdir davam edən qan davası olub.

Əldə etdiyimiz məlumata görə, İsmayılovlar bir neçə il əvvəl M.Quluzadənin qardaşını öldürüblər. Dünən Farizin güllələnərək öldürülməsi də məhz həmin ədavətin davamı olub. Qan düşmənçiliyinin əsası Farizin bir neçə il əvvəl yaşadığı Sankt Peterburq şəhərində qoyulduğu iddia olunur. Hətta 3 il əvvəl Fariz Sankt-Peterburq şəhərində naməlum şəxslər tərəfindən döyülmüş, sümükləri sındırılmışdı. Elə o vaxtdan Fariz Rusiyanı tərk edərək Lənkəran şəhərinə qayıtmışdı.

Farizin qətlinə gəlincə, onu yol kənarında yerləşən mağazanın qarşısında öldürüblər. Qətli əvvəlcədən planlaşdıran şəxslər maşınla onu izləyiblər. Masallı rayonu, Türkoba kəndi ərazisində Fariz idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobili saxlayaraq yol kənarındakı mağazaya girib. Geri qayıdanda isə avtomobilinin qabağında və arxasında iki ''Jiquli'' markalı avtomobilin saxladığını görüb. Onlardan getməsi üçün yol verməsini istəyəndə avtomatla güllə-boran edilib. Aldığı güllə yaralarından Fariz elə yerindəcə keçinib.
Buna da bax: Azərbaycanlı biznesmenin Sankt Peterburqda güllələnmə anı - VİDEO

Hadisə yerinə baxış zamanı 25 ədəd giliz aşkarlanıb. M.Quluzadə isə polisə gələrək təslim olub. Qətli törətdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni də təhvil verib.

Masallı rayon prokurorunun köməkçisi Qasım Ağayev Criminal.az saytına qətlin motivi barədə açıqlama vermək istəmədi. Bildirdi ki, istintaqın hazırki durumunda hər hansı məlumatın açıqlanması məqsədəuyğun hesab olunmur. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120-ci) və odlu silah saxlama (228-ci) maddələri ilə cinayət işi başlanıb.

F.İsmayılovun böyük qardaşı, tanınmış iş adamı Maarif İsmayılov da bu ilin iyunun 20-də Sankt-Peterburqada odlu silahla qətlə yetirilib.

[media=https://www.youtube.com/watch?v=MFN0iKV8udU]
Maarif İsmayılovun qətlə yetirildiyi an

M.İsmayilov da Rusiyada və Lənkəranda böyük hörmətə sahib idi. M.İsmayılovun böyük biznesi olub, Sankt Peterburda böyük anbara sahibi idi. Rusiya mətbuatının yazdığına görə, Maarifin qətlini törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf edib.

Maarif İsmayılovun qatilinin döyüldüyü an

''Piter Elçin''in adı isə bir neçə tanınmış avtoritetin qətlində hallanır. Onun mərhum Rövşən Lənkəranski ilə münasibətləri də pis olub.

Bu arada Rusiya mətbuatı yazır ki, Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi azərbaycanlı Sayad əliyevin rəisi olduğu Leninqrad vilayəti üzrə Su-Kanal İdarəsinin ofisində axtarış keçirib.

Buna da bax: Maarif İsmayılovun qatilinin döyülmə anı: “Ayə, it gəlməmiş öyrənin...” - ŞOK VİDEO

Oliqarx Əliyevi dindirməsi bu il iyunun 20-də Sant-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazasında 27 yaşlı Emil Hüseynov tərəfindən güllələnmiş 43 yaşlı Marif İsmayılovun qətli ilə bağlıdır. Emil İsmayılovu güllələdikdən sonra bazardan qaçmaq istəsə də digər azərbaycanlılar onu yaxalayıblar və qəddarcasına döyərək qətl sifarişini kimdən aldığını soruşublar. Bu kadrlar internetdə yayılıb.

Bildirilir ki, həmin vaxt Emil Hüseynov bir neçə dəfə “Vaqif” deyə qışqırıb. Bəs bu hansı Vaqif ola bilər? Belə məlum olur ki, söhbət bir ayrısından yox, Sankt-Peterburqdakı azərbaycanlı diasporunun liderindən, məşhur milyarder Vaqif Məmişovdan gedir.

Buna da bax: Milyarder Məmişov qətlə görə dindirilir: killer bir neçə dəfə “Vaqif” deyib...

Həmin qətllə bağlı müstəntiqlər artıq Məmişovun özünü də dindiriblər. Bundan başqa “Viləş” QSC adlı şirkətin direktoru Maşkür Qasımov da iş üzrə dindirilib. O, Məmişovun yaxın adamı və işgüzar partnyorudur. İlkin məlumatlara görə qətldən bir neçə gün əvvəl Məmişov Emil Hüseynovla bir neçə dəfə görüşüb. Belə informasiyalar var ki, Hüseynovun qardaşı Elçinin Maşkür Qasımovla münaqişəsi olub. Lakin digər tərəfdən Sayad Əliyevin özü Məmişovla qatı düşməndir. Onların düşmənçiliyi yerli mətbuatın səhifələrinə qədər gedib çıxıb.

Sonda əldə etdiyimiz məlumata görə, F.İsmayılov bu gün Boradi qəbiristanlığında yayda qətlə yetirilmiş qardaşı Maarifin qəbrinin yanında dəfn edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.