İran hərbi məktəb tələbələrini Suriya cəbhəsinə göndərir

1-03-2017, 00:14           
İran hərbi məktəb tələbələrini Suriya cəbhəsinə göndərir
İranın mətbuatı və Suriya müxalifətinin verdiyi məlumatlara görə, İran yeni hərbi zabitlərin təlim keçmələri üçün Suriyadakı döyüş meydanlarından istifadə edir.

Dövlət mediasının verdiyi məlumatda bildirilir ki, Tehranda İran İnqilab keşikçiləri Ordusunun (İİKO) himayəsində fəaliyyət göstərən İmam Hüseyn Universiteti gələcək zabitlər üçün nəzərdə tutulmuş tədris proqramının bir hissəsi olaraq hərbi rəhbərlik tələbələrini Suriyaya göndərir.

Tehran qoşunlarını Dəməşqdə yerləşən şiələr üçün müqəddəs sayılan Xanım Zeynəb Məscidini mühafizə etmək üçün Suriyaya səfərbər etdiyini bildirir. Lakin 2011-ci ildən bəri İran üsyançı qruplarla müharibədə Suriya rejimini dəstəkləyib. Tehran ilk olaraq Suriyaya məsləhətçilər, daha sonra isə məscidin ərazisindən kənar yerlərə də İran İnqilab keşikçiləri Ordusunun qoşunlarını göndərib.

Tələbələr Suriyaya göndərilib

Imam Hüseyn Universitetindən “yüksək rütbəli zabit” bölməsinə rəhbərlik edən İran İnqilab keşikçiləri Ordusunun komandiri Morteza Saffari deyir ki, universitetin ən az 100 tələbəsi döyüş vəziyyətində təlim keçmək üçün Suriyaya göndərilib.

“İki aylıq təlim üçün ora göndərilən tələbələrin bəziləri şəhid olub, bir çoxu yaralanıb, bəziləri isə Suriyaya daha uzun müddətliyinə göndərilib,” deyə o bu yaxınlarda İranın Danşcu xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Suriya münaqişəsi 1980-ci illərin sonunda baş verən İran-İraq müharinbəsindən bəri Tehranın qoşun göndərib, itkilər verdiyi ilk münaqişədir. Dövlətin nəzarət etdiyi Tasnim xəbər agentliyi bildirir ki, Bəşər əl-Əsəd hökümətinə dəstək məqsədilə Suriya döyüşlərində təxminən min iranlı əsgər həlak olub.

Döyüş üçün mühüm təlim meydanı

Təhlilçilər deyir ki, Suriya İran İnqilab keşikçiləri Ordusuna təlim keçmək məqsədilə mühüm döyüş meydanına çevrilib.

“Suriya münaqişəsi İran ordusu üçün ilk real təlim imkanı yaratdı,” deyə Vaşinqtonda yaşan təqaüdə çıxmış İran generalı Huşanq Aryanpur bildirir.

İran rəsmiləri də deyir ki, Suriyada verdikləri itkilərə baxmayaraq, ölkə ordusu oradakı döyüşlərdə iştirak etməkdən çox faydalanır.

“Biz ordu, eləcə də kəşfiyyat toplamaq baxımından texniki və taktiki irəliləyişlər əldə etmişik,” deyə ötən il televiziya kanallarının birinə verdiyi müsahibədə İran İnqilab keşikçiləri Ordusunun komandir müavini, briqada generalı Hüseyn Salami bildirib.

İran qüvvələri Hələbi geri almağa yardım edib

Üsyançı liderlər deyir ki, Hələb döyüşlərində İranın rolu böyük idi. Ötən ilin dekabr ayında bu döyüşlər zamanı Suriya qoşunları ilə onların iranlı müttəfiqləri və livanlı Hizbullah üsyançı qüvvələri Hələbdən çıxarmağa nail oldu.

“Şərqi Hələbi bizdən İran İnqilab keçikçiləri Ordusu və Hizbullah silahlıları geri aldı,” deyə Azad Suriya Ordudu üsyançı qrupunun komandiri Riad Əl-Əsəəd bildirir. “İİKO Hləbə bir çox yeni qüvvə gətirdi. Onların əksəriyyəti yeni zabitlər və hərbi akademiyanın tələbələri idi,” o əlavə edir.

İran həmçinin Homs və Dəməşq ətrafındakı döyüşlərdə də hərbi universitetin tələbələrinə arxalanıb. Orada İran İnqilab keşikçiləri Ordusunun xarici yarı-hərbi dəstələrlə birlikdə üsyançılara qarşı geniş miqyaslı əməliyyatlar aparıb.

“Bu münaqişədə şiə əfqanlarla pakistanlılar, habelə Hizbullah və şiə iraqlı yarı-hərbi dəstələrin dəstəyindən istifadə etmək İranın hərbi birləşmələri üçün daha öncə görünməmiş hərbi təcrübə idi,” deyə İranın təqaüdə çıxmış xüsusi qüvvələr komandiri Daryuş Burbur Amerikanın Səsinə bildirib.

İran hərbi avadanlıqları sınaqdan keçirir

Təhlilçilərin sözlərinə görə, hərbi qüvvələrinə təlim keçməkdən əlavə, İran Suriya münaqişəsindən hərbi avadanlıqlarını sınaqdan keçirmək üçün də istifadə edib.

“İran Suriyada bir çox yeni hərbi avadanlıqlarını geniş miqyasda sınaqdan keçirib,” deyə Burbur bildirib.

İranın silah sənayesi qonşu ölkələri arasında ən böyük və müasir silah sənayesidir.

Son illər ərzində Tehran hərbi xərclərini artırıb. Ötən ay iranlı qanunvericilər hərbi xərcləri ölkənin illik büdcəsinin beş fazinədək artırmaq planlarını təsdiq ediblər. Plana ölkənin uzun-mənzilli raket proqramını inkişaf etdirmək də daxildir.

(bbc azəri)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.