“Lotu Quli” kriminal aləmi təmizləyir - “ALBERT RIJİY”İN “QANUNI OĞRU” ADI ƏLİNDƏN ALINDI

20-11-2017, 16:02           
“Lotu Quli” kriminal aləmi təmizləyir - “ALBERT RIJİY”İN “QANUNI OĞRU” ADI ƏLİNDƏN ALINDI
Rusiyada yaşayan, kriminal aləmdə “Albert Piterskiy” və “Albert Rıjiy” kimi tanınan Əli Heydərovun “qanuni oğru” adı yenidən alınıb. “Lotu Quli” ona yenidən “qanuni oğru” adının qaytarılmasına imkan verməyib və buna veto qoyub.
Gununsesi.info “ura.news”a istinadən xəbər verir ki, buna səbəb Albertin 2017-ci ilin iyununda Türkiyənin Ədirnə şəhərində baş verən münaqişədə aradan çıxaraq polis maşınında gizlənməsi olub.
Belə ki, iyun ayında Ədirnə şəhərində “Albert Rıjiy” ilə Zaur “Naxçıvanskiy” arasında silahlı toqquşma baş verib. Qarşıdurma tərəflərindən biri “Lotu Quli”nin qardaşı Namiq Səlifov, Lyoxa İrkutskiy və Beso Rustavskiy olub. Bu qanlı davada Albertin türkiyəli mühafizəçilərindən biri ölür. Hansı ki, sonradan bu mühafizəçinin rəsmi polis əməkdaşı olduğu ortaya çıxır. Mühafizəçi Alberti öz silahı ilə müdafiə etmək istəyərkən , o yerindəcə öldürülüb. Bundan sonra Albert hadisə yerindən qaçır və gizlənir.
Hadisə zamanı Albertin etdiyi hərəkət və daha sonra qaçması kriminal aləmin qaydalarına zidd olduğu üçün onun “qanuni oğru” adı əlindən alınır. Lakin qısa zamandan sonra Albertin himayədarları onun adının geri qaytarılmasına nail olur.
Qeyd edək ki, “Lotu Quli” ilə “Albert Rıjiy” arasındakı münaqişə bir neçə il bundan öncə başlayıb. Bu iki şəxs arasında gərginlik Alberti öldürmək istəyən killerlərin saxlanılmasından sonra daha da artıb. Guya bu iki killer Qulinin sifarişi ilə Alberti aradan götürməli imiş. Gərginliyə yol açan digər səbəblərdən biri də Albertin Rövşən “Lənkəranski”nin tərəfində olması olub. Albert Rövşənin Ural üzrə nəzarətçisi “smotryayuşiy” olub. Rövşəndən sonra Quli Uralı öz təsir dairəsinə keçirib. İndi Quli Ural və Rusiyanın cənubunda ən böyük təsir dairəsinə malik “qanuni oğru” hesab olunur. Qulinin Ural üzrə nümayəndəsi Çelyabinskdən olan azərbaycanlı Rəhman Abdullayevdir. İlham Osmanov isə Ural üzrə “smotryayuşiy” rolunu oynayır.
Düzdür, Quli azad olduqdan sonra Rövşənin qardaşı Namiq Caniyev onu aradan götürmək istəyib. Lakin buna müəyəssər ola bilməyib. Namiq və digər 12 nəfər İstanbulda saxlanılıb.
İndi Quli keçmiş SSRİ ərazisində baş “qanuni oğru” hesab olunur. O hazırda kriminal aləmdəki klanını formalaşdırmaqla məşğuldur. Bununla paralel olaraq Quli kriminal aləmə əl gəzdirərək, oradakı bəzi “qanuni oğru”ları təmizləməklə məşğuldur. Bu təmizləmə əməliyyatı siyahısında yenidən öz “qanuni oğru” adını geri qaytarmaq istəyən Albert də var. Albert Mariy El Respublikasında həbsxanada öz “qanuni oğru” statusunu bərpa etməyə cəhd etsə də, Quli buna mane olub.
Quli bəyan edib ki, Alberti bundan sonra kriminal aləmdə kimsə “qanuni oğru” hesab edə bilməz. Qulinin bu qərarından sonra Albert “qanuni oğru” titulundan məhrum olub və kriminal aləmdə o avtoritet hesab olunmur.
Hazırda kriminal aləmdə lider roluna Quli ilə yanaşı, Eduard Asatryan (Edik Tblisskiy, yaxud Edik Osetrin), Vasiliy Xristoforov (Vasya Voskres), Yuriy Piçuqin (Piçuqa), Zxaraiy Kalaşov (Şakro Molodoy) iddia edirlər. Lakin bunlar arasında “oğru tacı” adına real namizəd Nadir Səlifov – “Lotu Quli”dir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.