Yeni doğan qadını İNTİHARA SÜRÜKLƏYƏN səbəblər - Zahılarda bu əlamətlər varsa...

21-11-2017, 16:55           

Qadınlar dünyanın möhtəşəm varlığına qovuşmaq üçün 9 ay gözləyirlər.

Amma bəzən isə analar depressiyaya düşərək doğulan uşaqlarını rədd edir.

Bəs bu rəddin səbəbi nədir?

Medicina.az xəbər verir ki, mütəxəssislər, bunun yaranan lohussallıq depressiyasından irəli gəldiyini bildirirlər.
Hamiləlik zamanı istehsal olunun hormonlar doğuşdan sonra da öz təsirini göstərməyə davam edir. Bununla da lohussalıq dövrü başlayır.

Bu dövr adətən 6 həftəni əhatə edir. El arasında isə 40 gün adlanır və bu müddətdə qadına zahı deyirlər.

Bu qadın həyatının normal dövrlərindən sayılır. Belə zamanlarda ana uşağını bağrına basa da bilər, rədd edə də.

Şişli Florence Nightingale Xəstəxanasının ginekoloqu Yusuf Olgaç, bu vəziyyətin keçici olduğunu bildirib:

"Bu vəziyyətin 2 həftədə keçməsi gözlənilir. Ananın ağlamaq istəyi, uşağa qarşı istəksizlik, ani duyğu dəyişiklikləri normaldır. Bu, əksər qadında müşahidə etdiyimiz haldır”.

Mütəxəssis bunun bəzi hallarda intiharla nəticələndiyini qeyd edib.
"2 həftə keçsə də melanxoliya halı davam edir, buna günahkarlıq, yüksək duyğusallıq hisləri daxildir”, - deyə ginekoloq vurğulayıb.



Bəs ananın bu keçici xəstəliyə tutulub-tutulmadığını hardan anlamaq olar?

Bu göstəricilər ananın lohusallıq müddətinə daxil olmasının əlamətidir:

-Halsızlıq, yorğunluq

-Ətrafındakı insanlardan uzaq durmaq

-Həyatdan zövq almamaq

-Diqqətsizlik

-İştahsızlıq və ya çoxlu yemək

-Səbəbsiz kədər və ya ağlama halları

-Gərginlik

-Özünün sevilmədiyini düşünmək

-Uşağa qarşı istəksizlik

-Körpəni rədd etmə

-Körpəni əmizdirməmək

-Uşağa zərər vermə qorxusu

-İntiharı düşünmək.

Bu dövrə qadının yanında kimin qalacağı, köməklik edəcəyi əsas nüanslardandır. Belə bir vaxtda qadını anlayaraq ona daha yaxın davranmaq, bu ağır zamanı keçirməsinə kömək etmək lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.