İrana qarşı koalisiya müharibəsi bütün Yaxın Şərqi partladacaq və Moskvanı çətin seçim gözləyir - TƏHLİL

22-11-2017, 06:12           
İrana qarşı koalisiya müharibəsi bütün Yaxın Şərqi partladacaq və Moskvanı çətin seçim gözləyir - TƏHLİL
Aleksandr Şarkovski

Nezavisimaya gazeta, 21.11.2017

İsrail müdafiə naziri Avigdor Liberman antiişid koalisiyası iştirakçılarını İrana qarşı yeni koalisiya yaratmağa çağırıb. Ərəb dövlətləri liqası (ƏDL) xarici işlər nazirlərinin son görüşündə İrana qarşı müqavimət üçün və BMT-nin bu mübarizəyə cəlbinin gərəkdiyi haqda qətnamə qəbul edilib. Antiiran koalisiyası yaransa, Yaxın Şərqdə və Mərkəzi Asiyada hərbi-siyasi durumun kəskin şəkildə pisləşməsinə səbəb olacaq. Bu halda Moskva çox pis duruma düşəcək.

Suriya və İraqda terrorizmlə mübarizədə RF HKQ-nin, Suriya Demokartik Qüvvələrinin (SDQ) dəstəyi ilə Suriya qoşunlarının və beynəlxalq koalisiyanın dəstəyi ilə İraq ordusunun uğurları qətidir və İŞİD-in yaxın sonunu bildirir.

Hərbi əməliyyatlar hələ tam gücüylə getsə də, Moskva artıq Suriyada hərbi iştirakını əsaslı şəkildə azaltmaq və orada yalnız iki hərbi baza – Xmeymimdə aviasiya və Tartusda dəniz bazasını saxlamaq niyyəti haqda bəyanat verib. Hələlik Rusiya bu müharibənin öz qoşunlarını bölgədən çıxarmaq haqda danışan yeganə iştirakçısıdır. Nə Tehran, nə Ankara, nə də ABŞ bu cür niyyət ifadə edib. Hətta Vaşinqton Amerika qoşunlarının İraqda lazım gəldiyi qədər iştirakının zəruriliyini bildirib. İsrail kəşfiyyatı qeyd edir ki, İran hərbçiləri Suriyanı tərk etmək fikrində deyillər: “zabitlər və şiə könüllü yığması İsrail sərhədindən 30 km məsafədə Dəməşq bölgəsində uzunmüddətli bazalar yerləşdirirlər”.

İsrail xüsusi xidmətləri hesab edir ki, “müharibəyə qatılan şiə könüllüləri Suriya ordusunun tərkibinə daxil edilə bilər”.

Yerusəlim isə bu fakta yəhudi dövlətinin təhlükəsizliyinə birbaşa təhlükə kimi yanaşır. İsfrail müdafiə naziri Avigdor Liberman lap bu günlərdə bu haqda bir sıra birmənalı bəyanatlar verib. O, bunları facebook-da ona doğma rus dilində etdiyindən tərcümə çətinlikləri istisna olunur. O, əvvəllər deyib: “Biz şiə oxunun hərbi əməliyyatlar üçün ön baza qismində Suriyada möhkəmlənməsinə yol verməyəcəyik”.

Və buna hərbi üsullarla müqavimət göstərmək vədi verib. Avigdor Liberman keçən bazar günü bölgə dövlətlərinə çağırışla müraciət edib: “İŞİD-ə qarşı koalisiya öz fəaliyyətini başa vurub. Bu gün terrorun əsas hamisi və sponsoru İrana qarşı koalisiya yaratmaq həmişəkindən daha çox vacibdir”.

İssrail hərbi idarəsi başçısının düşməni məhv etmək qətiyyəti şübhə doğurmur, aydındır ki, onun sözləri təkcə Fars körfəzi monarxiyalarına deyil, həm də ABŞ-ın başçılıq etdiyi antiişid koalisiyasının iştirakçısı bütün ölkələrə ünvanlanıb.

Böyük inam payıyla demək olar ki, İrana qarşı koalisiya müharibəsi Yaxın Şərqi və Mərkəzi Asiyanı dağıdacaq və ola bilsin, yaxın bölgələrə keçəcək. Bu, əslində, sünnilərlə şiələrin təriqətlərarası açıq tutuşması olacaq, bu dəfə birinciləri Qərb və İsrail dəstəkləyəcək. Hər halda antiiran koalisiyası baş tutsa, İŞİD-lə mübarizədə Vaşinqtonun rəhbər rolunu qəbul edən, demək olar, bütün iştirakçılar səlis şəkildə ona axışacaq.

“Hizbullah” və Dəməşq Tehranla müttəfiqlik əlaqələrinə sadiq olacaq və onun tərəfində çıxış edəcək. Düzdür, xristianlar və druzlar bu halda Əsədi mütləq tərk edəcəklər, o ancaq ələvilərə və şiələrə güvənməli olacaq. Koalisiya Suriyada sünni müxalifət, kürdlər və druzlara bel bağlaya bilər. Rusiya seçim qarşısında qalacaq: bu dəfə “terrorizmin sponsoru” haləsi ilə birgə beynəlxalq koalisiya ilə yeni ağır və özü üçün perspektivsiz (xeyli itkilərlə təhdid edən) müharibəyə girişmək, yoxsa Dəməşq və Tehranın indiki bütün müttəfiqləriylə əlaqələri kəsmək və savaşı kənardan sakitcə müşahidə etmək.

İraqda amerikalıları məyusluq gözləyir, Bağdaddakı şiə hökuməti Tehranla vuruşmayacaq və Vaşinqton burada kürd kartını oynamalı (ki, Ankaraya birmənalı şəkildə xoş gəlməyəcək), həmçinin sünni könüllü yığmasına güvənməli olacaq.

Kürdlərin göylərə qaldırılmasından hiddətlənən Türkiyə, çox ehtimal ki, koalisiyaya girməyəcək və yaxud sırf öz maraqlarına uyğun hərəkət etməklə onda yalnız formal olacaq. Müharibə uzansa, Bağdad İranın tərəfində duracaq.Tehrana qarşı beynəlxalq koalisiyanın yaradılması birmənalı şəkildə buna səbəb olacaq ki, əvvəlcə Suriya, sonra isə İraq təzədən vətəndaş müharibəsi burulğanına qərq olacaq.

Əfqanıstandakı silahlı münaqişə daha çətin və amansız şəkil alacaq, NATO qüvvələri və indiki hökumət orada taliblərə və yeni düşmənlərə (xəzərlər və ola bilsin, ismaililərə) qarşı vuruşmalı olacaq. Birincilər, əsasən, ölkənin mərkəzində məskunlaşıb, ikincilər Əfqanıstanın şərqində dağlıq bölgələrdə, Tacikistanın cənubunda, Pakistanın şimali-şərqində və Hindistanın şimalında yaşayırlar. Tehran həm onlara, həm də bu birilərə xeyli təsirə malikdir. Xəzərlərin əksəriyyəti on iki imamçı şiədir (İrandakı dövlət dini), İranın ayətullahı onlar üçün ruhsal liderdir. İsmaililər də şiə cərəyanlarından biri kimi tanınıb.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.