«Skripal və qızı başqa adlar altında ABŞ-a gedə bilərlər» – «Sunday Times»

10-04-2018, 10:25           
«Skripal və qızı başqa adlar altında ABŞ-a gedə bilərlər» – «Sunday Times»
Britaniyanın M16 məxfi xidməti Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) həmkarları ilə Rusiyanın keçmiş casusu Sergey Skripala və qızı Yuliyaya yeni sənədlər verilməsi məsələsini müzakirə edir. Bu barədə «Sunday Times» nəşri yazıb.

«Times» yazır ki, bu sənədlər həmin şəxsləri gələcək sui-qəsdlərdən qorumağa imkan verəcək. Britaniya Xarici İşlər Nazirliyi (XİN) isə xəbəri şərh etməyib.

Bu arada, Viktoriya Skripal təsdiqləyir ki, əmisi qızı Yuliya «qızğınlıqla» Rusiyaya qayıtmağı arzulayır.

Solsberidə zəhərlənmiş Sergey Skripalın qardaşı qızı Viktoriya «The Telegraph»a verdiyi müsahibədə təsdiqləyib ki, Yuliyanın Rusiyada həyatı, işi və sevdiyi insan var. Viktoriya əlavə edib ki, qohumu (Yuliya – red.) yalnız Ayda təhlükəsiz yaşaya bilər.

«Heç bir ölkə onun təhlükəsizliyinə zəmanət verə bilməz» – deyə, Viktoriya Skripal qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru