Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinə qarşı kimlər böhtan kompaniyası aparır - Araşdırma
2-09-2015, 23:34
teref.aznun İmişlidə olan əməkdaşı ilginc məlumatlarla qayıdıb. Məlumatın müəyyən hissəsini oxucularımızla bölüşürük.Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin İmişli rayon şöbəsində rəis yeri boşalıb. teref.aznun əməkdaşının İmişlidə olarkən məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə, bu şöbənin bir qrup işçisinin işi prokurorluq orqanlarına verilib. Nazirliyin İmişli rayon şöbəsində apardığı təmizləmə işindən sonra burda vəziyyət müsbətə dəyişməyə başlayıb. Lakin rəis postunun boş olduğu üçün bəzi maraqlı şəxslər (onların adları redaksiyamıza məlumdur.) mətbuata şöbənin işləri haqqında böhtan xarakterli məlumatlar ötürməyə başlayıblar. Bu məlumatları ötürməkdə məqsəd isə korrupsiya əməllərinin prokurorluqda olmasına baxmayaraq, özləri dedikləri kimi Bakıda tapdıqları hansısa vəzifəli şəxsin əli ilə yenidən rəis kreslosuna oturmaq ümidləridir. Əməkdaşımızın verdiyi xəbərə görə mətbuata sızdırılan böhtan xarakterli məlumatların hesabına Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin İmişli şöbəsində əsəbi şərait yaradaraq iş prosesini yarıtmaz etmək və bunun hesabına öz işlərini prokurorluqda bağlayaraq yenidən rəis kreslosuna yiyələnməkdir. teref.aznun əməkdaşının əldə etdiyi məlumatları, böhtan xarakterli məlumatları kimlərin sifarişi ilə, kimlər tərəfindən sızdırıldığını gələn saylarımızda yayınlayacağıq. teref.aznu izləyin!