İranın dəniz gücü: Tehranın Hörmüz və digər boğazlar üzərindəki təsir imkanları

28-07-2018, 17:52           
İranın dəniz gücü: Tehranın Hörmüz və digər boğazlar üzərindəki təsir imkanları
İranın “Tasnim” informasiya portal son zamanlar qlobal neft nəqliyyatı dəhlizlərində baş verən hadisələri analiz edib.

Ovqat.com aktuallığını nəzərə alıb həmin məqaləni oxucularına təqdim edir:

“Amerikanın İrana qarşı yeni sanksiya təhdidləri və İran neftinin satışının qarşısının alınacağıyla bağlı açıqlamalarına İran Prezidenti Həsən Ruhani sərt qarşılıq verərək lazımi addımların atılacağını söyləmişdi. Ruhani İsveçrə səfəri zamanı çıxışında da Amerikanın İran neftinə qarşı hədələrinin mənasız olduğunu dilə gətirdi və İran neftinin bölgədən çıxmaması halında bölgədən heç bir neftin çıxmayacağını bildirdi.

İran Prezidentinin bu çıxışından sonra İran İnqilab Mühafizəçiləri Qüds Gücü Komandanı General Qasım Süleymanı Həsən Ruhanini təbrik etdi və onun İslam İnqilabı dəyərlərinə sadiq qaldığını açıqladı.

Daha sonra səhnəyə yenə Ruhani çıxdı. O, bir daha eyni şəkildə Amerikaya xəbərdarlıq edərək bildirdi ki, İran ilə oyun oynamasın, əks təqdirdə peşman olacaq. Sözügedən çıxışdan sonra bir çox siyasətçi və mütəxəssisi ən çox maraqlandıran məsələ Hörmüz Boğazının bağlanması ehtimalı oldu. Ruhani də son çıxışında bu ehtimalın bəzi mühüm nöqtələrinə eyham vurdu. Buna cavabən Amerika Prezidenti Donald Tramp İran Prezidenti Həsən Ruhani hədəf alan twettinde "Bir daha heç vaxt Amerikanı təhdid etmə!" ifadələrini işlətdi.

Donald Trampa İranın cavabı da özünü çox gözlətmədi. General Qasım Süleymanı Amerikanı hədəf alan son çıxışlarında onun bölgədə heç bir uğura nail olmadığını xatırladaraq, "Bizə göndərdiyiniz adamlar vasitəsilə yalvararaq İraqdan çəkilməmək üçün icazə və möhlət istəyirdiniz. Yəmənə milyardlarla dollarlıq silahlarla hücum etdiniz. Ancaq heç bir şey əldə edə bilmədiniz",- dedi.

Bir çox beynəlxalq ekspert və siyasətçini düşündürən məsələ İranın Hörmüz boğazını bağlama ehtimalı ikən, İran Prezidentinin digər boğazlara da təsir edəcək gücdə olduqlarını söyləməsi və eyni zamanda General Qasım Süleymaninin çıxışında Qırmızı Dənizə işarə etməsi narahatlıqların daha da artmasına səbəb oldu. Bu Boğazlardan biri də Babül-Məndəb boğazıdır.

Qeyd edək ki, dünya ticarətinin 80%-ı Hind okeanından keçir. 9 mühüm ticarət boğazının 4-ü məhz bu okeanında yerləşir. Həmin boğazlar bunlardır: Hörmüz, Süveyş kanalı, Babül-Məndəb və Malağa Boğaz. Ancaq neft ticarətinin aparıldığı əsas boğazlar Hörmüz, Süveyş və Babül-Məndəbdir. Bunlar arasında ən mühüm olanı isə Hörmüz boğazıdır. Dünyanın neftinin və enerjisinin təmin edildiyi hər üç boğaza İran birbaşa və ya dolayı olaraq təsir edə bilir.

Nəşr olunan son hesabatlarda; 2018-ci ilin ilk altı ayında Hörmüz boğazından gündə 17.4 milyon barrel neft ixrac edildiyi bildirilir ki, bu da dünya neft ehtiyacının 35%-i deməkdir. Eyni şəkildə 2017-ci ildə Babül Məndəb boğazından gündəlik 5 milyon barrel, Süveyş kanalından isə gündəlik 5.5 mlyon barrel neft ixrac edilib.

Məlumatlara görə; dünya neft tələbatının yarısı Hörmüz, Süveyş və Babül-Məndəb boğazlarından təmin edilir və bu üç nöqtədən Asiya və Avropaya ixrac edilən neftin 30%-lik qismi Hörmüz Boğazının payına düşür. Avropanın neft ehtiyacını qarşılayan bu boğazlarda baş verəcək bir böhrandan bütün Avropa təsirlənə bilər.


Səudiyyə Ərəbistanı hər nə qədər neft ticarəti üçün Qırmızı dənizə bağlanan başqa yeni ticarət xətləri inkişaf etdirməyə çalışsa da, indiyə qədər bu sahədə uğur qazanmayıb. Əl-Riyad əl-Şərikə bölgəsində yerləşən və gündə 6 ilə 7 milyon barrel neft hasil edən mərkəzi üçün Hörmüz boğazına alternativ digər körfəz ölkələrilə birlikdə xüsusən Yəmən üzərindən Qırmızı dənizə uzanan yeni bir neft kəməri formalaşdırmağı qarşısına məqsəd qoyur. Buna qarşılıq İran İslam Respublikası malik olduğu strateji gücü və potensialı ilə regionda yerləşən mühüm boğazlara nəzarət edir. İran bu gün dənizdəki gücünü artıraraq təsirli balistik raketlər inkişaf etdirmiş vəziyyətdədir.

Hind okeanındakı neft ticarəti üçün əhəmiyyətli olan və Yəmənin qərbində yer alan Babül-Məndəb boğazı isə bu gün Yəmən ordusu və Ənsarullahın nəzarətindədir. Keçdiyimiz günlərdə Ənsarullahın Səudiyyə Ərəbistanı və BƏƏ-nə aid iki neft gəmisini hədəf aldığına şahid olduq. Bu hücumlar daha əvvəl də bir çox dəfə baş vermişdi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.