Ayaqların çox tərləməsinin QARŞISINI ALAN ÜSUL

6-09-2018, 08:37           
Ayaqların çox tərləməsinin QARŞISINI ALAN ÜSUL
Ayaqdan gələn qoxu həmişə narahatlıq doğurur. Xüsusən də isti günlərdə ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar ayaqdan gələn pis qoxunu daha da artırır.

Teref.az xəbər verir ki, bu problemdən xilas olmağın müxtəlif üsulları var.

Ayaqlar iki çay qaşığı soda əlavə olunmuş ilıq suda 20 dəqiqə saxlanılır. Bir həftədən sonra qoxu azalır və tədricən yoxa çıxır.

Bir xörək qaşığı gözəl iyi olan lavanda yağı bir litr suya əlavə edilir. Ayaqlar hər gün hazırlanan bu məhlulda vanna olunur. Həmin prosedur gündə iki dəfə yerinə yetirildikdə daha səmərəli nəticə əldə etmək mümkündür.

Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Çay dəmlənildikdən sonra su ilə dolu vannaya əlavə edilir və ayaqlar 20 dəqiqə həmin suda saxlanılır. Bu prosedur on gün təkrar edilir.

Sirkə ayaqdakı tər vəzilərinin işini yavaşıdır və qoxunun qarşısını alır. İki stəkan sirkə bir litr suya əlavə edilir və ayaqlar hazırlanmış bu məhlulda vanna olunur. Bir neçə, təxminən 10-15 dəqiqə həmin suda saxlanıldıqdan sonra ayaqlar sabunla yuyulur.

Bir stəkan isti suda bir xörək qaşığı adaçayı otu dəmlənilib suya tökülür. Bu vanna on gün qəbul edilir.

Ayaqdan gələn pis qoxunu aradan qaldırmaq üçün bir sıra digər üsullar da var. Misal üçün, bir ayaqqabı hər gün geyinildikdə pis qoxuya səbəb olur. Buna görə də ayaqqabılar mümkün qədər tez-tez dəyişdirilməli və havalandırılmalıdır.

Corabın içinə az miqdarda səpilən uşaq kirşanı da ayaqların çox tərləməsinin qarşısını alır. İki gün eyni corabı geyinmək pis qoxuya səbəb ola bilər. Ümumiyyətlə pambıq corablara üstünlük vermək lazımdır.

Ayaqqabını geyinəndə içərisinə atılan bir neçə ədəd mixək də qoxunun qarşısını alır. (Azərtac)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.