Paşinyan agent məsələsini ört-basdır edir: MTX-yə qarşı cinayət işi açılacaq?

6-09-2018, 12:43           
Paşinyan agent məsələsini ört-basdır edir: MTX-yə qarşı cinayət işi açılacaq?
Ötən gün Ermənistan xüsusi istintaq komitəsi 2008-ci ilin 1-2 mart hadisələri ilə əlqaədar yeni cinayət işinin açıldığı barədə məlumat yaydı. Yeni cinayət işi 1 mart tarixində İrəvanın Azadlıq meydanında polislərin qanunsuz fəaliyyətinə aiddir. Xüsusilə 2008-ci il 29 fevral tarixində oturaq aksiyalarda iştirak edən şəxslərdə silah-sursat və partlayıcı maddələrin olması barədə yüksək vəzifəli şəxslər tərəfindən yalan məlumatın yayılması, sənədlərin saxtalaşdırılmasını əhatə edir. Bu sənədlərin kim və kimlərin əmri ilə saxtalaşdırıldığı məlum olduqda iş üzrə yüksək vəzifəli polislərin də adlarının keçəcəyi istisna edilmir.

Bu cür cinayət işi yalnız polislərə qarşı deyil, həm də Ermənistan təhlükəsizlik xidmətinə qarşı da açılacaq. Çünki təhlükəsizlik xidmətində də sənədlərin saxtalaşdırılmasına yol verilib. Faktlar toplayan qrupun üzvü Andranik Koçaryan “Haykakan Jamanak”a verdiyi açıqlamada bildirib ki, 2008-ci ilin 29 fevral tarixində MTX agentinin məlumatına əsasən, bu qanunsuz fəaliyyət planlaşdırılıb. Əgər diqqətlə araşdırılarsa MTX agentlərinin qurma məlumatının heç bir əsası olmadığı, meydanda hər hansı silah-sursat, ağac parçası aşkarlanmadığı məlum olacaq.

Nəticədə qeyd etdiyimiz kimi, MTX ilə bağlı da cinayət işi açılacaq. Bu cinayət işləri üzrə 1 mart tarixindən sonra general rütbəsi alan, MTX-nin konstitutsiya, ictimai asayişin qorunması, terrorçuluğa qarşı mübarizə baş idarəsinin sabiq rəisi Tiqran Barseğyan, son vaxtlar dövlət mühafizəsi xidmətinin rəisi vəzifəsindən azad edilən Hraçya Harutyunyan, MTX-nin İrəvan şəhər idarəsinin sabiq rəisi, hazırda MTX rəisinin müavini Arzuman Harutyunyanın da adları hallanır.

Xatırladaq ki, 2008-ci ilin 1 mart hadisələrində erməni müxalifətçi xadimlərin gizli danışıqlarını məhz Tiqran Barseğyan dinləyib, lakin MTX rəhbərliyinə saxta məlumatlar məruzə edib. O, məruzəsində bildirib ki, müxalifət liderləri arasında özünə aid müxalifətçilərdən ibarət olan agent şəbəkəsi qurub. Ona daxil olan məlumatların bu şəbəkədən daxil olduğu və həmin saxta sənədlərdə tanınmış müxalifətçilərin adlarının olduğunu qeyd edib.

Təsadüfi deyil ki, ötən gün Ermənistanın sabiq, adı açıqlanmayan MTX zabiti xatirələrini bölüşərkən qeyd edib ki, Paşinyanın ilk dəfə 90-cı illərin sonlarında qalmaqallı “Orakir” qəzetinə rəhbərlik etdiyi dövrdə MTX-nin maraq dairəsinə düşüb.

Məlum olub ki, Paşinyan məqsədli şəkildə hakimiyyət nümayəndələri haqqında tənbeh məqalələri dərc edir və LGTB tərəfdaşı kimi çıxış edirdi. Faktiki olaraq o, qorxaq və şərəfsiz şəxsiyyətdir. Təhlükəsizlik əməkdaşları onu tutub gətirərkən hər hansı təzyiq olmadan bütün sifarişçiləri və aldığı məbləğləri açıb söylədi. O zaman gənc redaktor həmin şəxslərə qarşı mübarizə aparmağa və MTX nümayəndələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Profilaktik xarakterli söhbət və yazılı vədlərdən sonra Paşinyan sərbəst buraxılıb.

2008-ci ilin mart ayında verdiyi vədləri unudan Paşinyan kütləvi iğtişaşlarda iştirak edir və axtarışa verilir. O, baş verənlərin nəticələrdən qorxaraq sərbəst təslim olur və mühakimə edilir. Bir həftə kamerada qaldıqdan sonra, özü izahat vermək üçün görüş xahiş edib və bütün tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib.

Yayılan məlumatlar fonunda, Paşinyanın MTX üzrə yoxlamaların aparılması məqsədilə təşkil edəcəyi "iş" yuxarıda göstərilən erməni generallarının nəinki vəzifədən azad edilməsi, hətta həbs edilməsi ilə də nəticələnə bilər. Qarşıdakı günlərdə MTX-nin yüksək rütbəli şəxsləri ilə əlaqədar məlumatların ortaya çıxması gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.