Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir

7-11-2018, 19:34           
Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfərə gedir
Teref.az- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr 2018-ci il tarixlərində Türkiyənin Ankara şəhərində səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisi, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Türkiyə Dərnəklər Dairəsi, Vəqflər Baş İdarəsi, Xaricdə yaşayan Türklər və Əqraba Topluluqları Başqanlığında görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, nümayəndə heyətinə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza bölməsinin rəhbəri Toğrul Məmmədli daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.